Qubada tələbə parkda bıçaqlandı

Qubada 19 yaşlı tələbə bıçaqlanıb.
“Report”un məlumatına görə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında təhsil alan Ağdam rayon sakini 2004-cü il təvəllüdlü Nəsirov Rəvan Xaliq oğluna rayonun “28 may” parkında bıçaq xəsarətləri yetirilib.
Yaralı xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.