İmişlidə avtomobil azyaşlı bacı və qardaşı vurub

İmişli rayonunda azyaşlı qardaş və bacını avtomobil vurub.
“Report”un məlumatına görə, 2018-ci il təvəllüdlü İ.Məmmədov və bacısı, 2020-ci il təvəllüdlü E.Məmmədova yolu keçərkən avtomobil onları vurub.
Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.