Bakıda motosikletçi qəza törədib, xəsarət alan var

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Suraxanı rayonunda 1990-cı il təvəllüdlü Ülkər Nurəddin qızı Veysəlova idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək beton arakəsmələrə çırpılaraq, xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.