Hacıqabulda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər yaralanıb.
“Report”un məlumatına görə, hadisə şəhərin Əsədov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, yol qəzası zamanı 1965-ci il təvəllüdlü Güldanə Mahal qızı İsmayılova, 1994-cü il təvəllüdlü Zahid Rahim oğlu Babazadə, 1989-cu il təvəllüdlü Yaqub Faiq oğlu Əliyev, 1967-ci il təvəllüdlü Mehriban Rüstəm qızı Əliyeva və 1954-cü il təvəllüdlü Qiyas Mirzəli oğlu Mirzəliyev müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.