15 oktyabr dövlətimiz üçün önəmli başlanğıcların əsasının qoyulduğu tarixdir
18-okt, 10:36 195 Cəmiyyət5 oktyabr tarixi Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edir. 2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Xalqın yenidən cənab İlham Əliyevə etimad göstərməsi onun həyata keçirdiyi siyasətin uğurları ilə bağlı idi. İkinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin fəaliyyəti, əslində, müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətin konsepsiyasına çevrildi. Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasına qarant qazandı.
Cənab Prezident Azərbaycan xalqı üçün əvəzsiz bir lider olmağı bacardı. Ölkədə aparılan köklü islahatlar, ölkənin iqtisadi potensialının gücləndirilməsi istiqamətindəki əldə edilən uğurlar, şəhid ailələri, qazilər, qaçqın və məcburi köçkünlərə ayrılan diqqət və qayğı, ölkədə təmin olunan siyasi sabitlik, təhlükəsiz və sosial rifahın yaxşılaşdırılması yolunda görülən işlər cənab İlham Əliyevin birmənalı şəkildə Ümummilli Liderin davamçısı olduğunu sübut edir. Qarabağ zəfəri, Şuşada Azərbaycan bayrağının dalğalanmasına nail olunması, mehriban qonşuluq siyasəti, Qarabağın münaqişə zonasından beynəlxalq maraqların kəsişdiyi əlverişli plasdarma çevrilməsi, Beynəlxalq arenada Azərbaycanın artan nüfuzu–bütün bu sadalananlar bu gün Azərbaycanın beynəlxalq siyasi müstəvidə əldə etdiyi müvəffəqiyyətlərdir.
Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Bütün bu uğurların arxasında Cənab Prezident İlham Əliyev dayanır! Bir sözlə, Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Ona görə də, Azərbaycan xalqı əmindir ki, ölkədə sülh, əmin-amanlıq, tərəqqi, inkişaf, sabitlik hüquqi dövlət quruculuğu kimi önəmli faktorlar sadəcə cənab İlham Əliyevin rəhbərliyi altında kök salacaqdır.
Vidadi Orucov, Bakı Dövlət Sosial-İqtisad Kollecinin direktoru