Sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin maaşlarına əlavələr olacaq

“Sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin əməkhaqlarına əlavələr olacaq”.
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
Onun sözlərinə görə, 30 və 50 bal aralığında nəticə göstərən müəllimlərin əməkhaqlarına 10 faiz əlavələr olur:
“Ötən ilin sentyabrdan 5600-dan çox müəllim əməkhaqqısına hər ay 10 faiz əlavə alır. 51 bal və ya daha yüksək nəticə göstərən müəllim hər ay maaşına 35 faiz əlavə alır. Sentyabrdan bu yana 3100-dən çox müəllim bu imkandan yararlanır. Builki nəticələrə görə də əlavələr ödəniləcək”.