“Sertifikatlaşdırmada uğur qazana bilməyən müəllimlərə yeni imkan yaradılacaq” - AÇIQLAMA

“Sertifikatlaşdırmada uğur qazana bilməyən müəllimlər növbəti mərhələdə yenidən iştirak edə bilərlər”. 
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib. 
Onun sözlərinə görə, uğur qazana bilməyənlərə şans verilir: 
“Sertifikatlaşdırmada uğur qazana bilməyən müəllimlər üçün təlimlər təşkil olunur. Təlimlər Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu təşkil edir. Uğur qazana bilməyənlər bir il iş yerində saxlanıla bilirlər”. 
N.İsmayılbəyli qeyd edib ki, bu il imkanlar genişlənib:
“Müəllimlər şikayətlərini elektron qaydada edə biləcəklər. Qanunvericiliyə müvafiq olaraq, nəticələr müəllimlərin şəxsi səhifələrinə göndərdikdən sonra 1 ay müddətində müraciət etmək imkanları olacaq. Məzmun, prosesin təşkili, texniki imkanlarla bağlı müraciət edə bilərlər”.