Məktəbdə insan hüquqları mövzusunda silsilə aksiyalar
09-iyn, 18:11 168 GündəmKəlbəcər rayonu 37 nömrəli tam orta məktəbin psixoloqu Cəmilə İsbəndiyarovann təşkilatçılığı ilə bu təhsil ocağının yuxarı sinif şagirdləri arasında “İnsan hüquqları gənc nəslin həyat tərzi - prinsiplərinin bəşəri və universal olması” mövzusunda silsilə maarifçilik aksiyaları həyata keçirilib. Bu aylar ərzində bir neçə dəfə, müxtəlif formada maarifçilik aksiyalarında fərqli fəaliyyət növləri vasitəsilə insan hüquqlarının tarixi, milli və beynəlxalq sənədlər, müqavilələr, konvensiyalar haqqında geniş məlumatlar respodentlərə ötürülüb..
Rayon ictimaiyyətinin, polis bölməsinin əməkdaşlarının, eləcə də məktəbin pedaqoji kollektivinin cəlb olunduğu davamlı hüquqi aksiyalarda orta məktəbin yuxarı siniflərinin şagirdləri, eləcə də valideynlər və müəllimlər arasında geniş bilgiləndirmə işləri aparılıb. Yeniyetməlik dövrünə qədəm qoymuş yuxarı sinif şagirdləri ilə hüquqi maarifçilik problemlər ətrafında müzakirələr zamanı içtirakçılar xüsusi maraq nümayiş etdiriblər.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən, hər il olduğu kimi, bu il 18 may - 18 iyun tarixləri ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan edilməsi ilə əlaqədar bir sıra tədbir həyata keçirilib, ya da reallaşdırılması planlaşdırılıb.
Cari ilin yanvar ayından etibarən davamlı təşkil olunan aksiyalar zamanı məlumatlandırılıbki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamı ilə ölkəmizdə bu sahədə atılan addımların beynəlxalq konvensiya və sənədlərə uyğunlaşdırılması təmin edilmişdir.
Silsilə maarifləndirici məlumatlandırma sessiyalarında məktəblilər, pedoqoji kollektivin gənc nümayəndələri, valideynlər aşağıdakı məsələlər üzrə maarifləndiriliblər:
“Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin aşağıda mətni verilən sərəncamı əsas təlimat vasitəsi kimi təbliğ olunur.
Sərəncamda bildirilir:
“Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.
Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi sahəsində dövlət proqramı çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilmişdir. Demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılmış, hüquq-mühafizə fəaliyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişlənmiş, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılmışdır.
Hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Qarşıdan gələn illər üçün Azərbaycan Respublikasının normativ hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir.
Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, BMT-nin “Minilliyin inkişaf məqsədlərinin” və Avropa Şurasının 3-cü Zirvə Görüşünün insan hüquqlarının müdafiəsi və demokratiyanın, qanunun aliliyinin təmini sahəsində müəyyən etdiyi prioritetləri nəzərə alaraq, insan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına tapşırılsın, Azərbaycan Respublikasının məhkəmələrinə və Baş Prokurorluğuna isə tövsiyə edilsin ki, normativ hüquqi aktların tətbiqi zamanı Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarəti gücləndirsinlər.
3. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin ki, qanun layihələrinin hazırlanması və qanunların qəbul edilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədlərdə əks etdirilmiş insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər tutsun və Azərbaycan Respublikasının normativ hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunu təmin etsin.
4. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə və Ali Məhkəməsinə tövsiyə edilsin ki, insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etsinlər.
5. Milli Fəaliyyət Planında göstərilən icra orqanlarına tapşırılsın ki, Milli Fəaliyyət Planının həyata keçirilməsinə yerli qeyri-hökumət təşkilatlarını cəlb etsinlər.
6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2006-cı il”
Aksiyalar zamanı tanınmış şəxslərin insan hüquqlarının qorunması ilə bağlı çağırışları özündə cəmləyən materiallar şagirdlərin marağına səbəb olur, bu mövzuya diqqəti artırır. Məktəblilər insan hüquqları haqqında bilgilərə xüsusi diqqət ayırmaları tövsiyyə edilib.
Bu istiqamətdə Dövlət Proqramına uyğun olaraq, mütəxəssislər tərəfindən İnternet resurslarında, müxtəlif sosial şəbəkələrdə - “Facebook” və “İnstaqram” səhifələrində, “YouTube” və “TikTok” kanallarında gənclərə, uşaq və yeniyetmələrə insan hüquqlarının qorunması və təbliği istiqamətində maarifləndirici çağırışlar mütəmadi aparılmasının vacibliyi ortaya qoyulub.
Orta və ali təhsil ocaqlarında bu məqsədilə vaxtaşırı aparılan təbliğat-təşviqat xarakterli hüquqi-kütləvi tədbirlər, onlayn kampaniyalar, “İnsan hüquqları qorunmalıdır!” devizi altında yeni nəsil nümayəndələri üçün maarifləndirici təbliğat aksiyalar öz aktualığını hər vaxt qoruyub saxlayır. Qeyd edilən tədbirlər mütəmadi davam etdirilir və onlardan alınan nəticələr davamlı olaraq məktəb ictimaiyyətinə çatdırılır.
İnsan hüquq və azadlıqlarının təmin edilməsi, hüquqi, demokratik və dünyəvi dövlət yaradılması, vətəndaş cəmiyyətinin qurulması həmişə bəşəriyyəti düşündürən problemlərdən oldugu diqqətə çatdırılıb.
Hüquqi dövlət bir ideya, elm, nəzəriyyə, siyasi konsepsiya və praktika kimi bəşəriyyətin azadlıq, ədalət uğrunda mübarizəsi nəticəsində əldə etdiyi nailiyyətlərin ən mühümüdür. Məhz hüquqi dövlət şəraitində əsas insan və vətəndaş hüquqları və azadlıqları, hamının qanun və məhkəmə qarşısında bərabərliyi vətəndaş cəmiyyətinin bərqərar olunması təmin edilə bilər.
Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitlik təmin olundu, zorakı dövlət çevrilişlərinin qarşısı alındı, qanunçuluq və hüquq qaydaları möhkəmləndirildi, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının qorunması dövlətin başlıca vəzifəsinə çevrilməyə başladı. Ölkə prezidenti Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan yeni Konstitusiya layihəsi 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilərək 27 noyabr 1995-ci il tarixdən qüvvəyə minib. Konstitusiya ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələri Azərbaycan Respublikası hüquq sisteminin ayrılmaz tərkib hissəsi elan etdi. BMT-nin 1948-ci il 10 dekabr tarixli "İnsan hüquqlarına dair ümumi Bəyannamə"sinin əsas müddəaları Konstitusiyamızın üçdə birini təşkil edən "Əsas insan və vətəndaş hüqüqları və azadlıqları" fəslində əksini tapdı.
22 fevral 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanda bu sahədə həyata keçirilən tədbirlərin istiqamətləri müəyyən edilmiş, insan hüquqları məsələsi ümumidövlət səviyyəsinə qaldırılmışdır.
Ulu öndərimiz 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm cəzası ümummilli liderimizin təşəbbüsü ilə 1998-ci ildə ləğv edilmişdir. Bütövlükdə Şərqdə ilk dəfə yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltmişdir. Ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla davam etdirilməsi, insan hüquq və azadlıqlarının maksimum müdafiəsi üçün çevik mexanizmlərin yaradılması, qanunun aliliyinin təmin olunması kimi məsələlərə xüsusi önəm verilir. 29 dekabr 1998-ci il tarixdə "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsinedə fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi", 10 iyun 1997-ci ildə "Vətəndaşlırın müraciətlərinə baxılması qaydası haqqında", 11 iyun 1999-cı ildə "Vətəndaşların insan hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) məhkəməyə şikayət edilməsi haqqında" qanunlar, 28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüqüqları üzrə Müvəkkili (Ombudsman)", 24 dekabr 2002-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya qanunlarının və s. qəbulu insan insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində aparılan dövlət siyasətinin tərkib hissələridir.
Azərbaycan Respublikası 2006-cı ilin may ayında BMT-nin yeni yaradılmış orqanı - İnsan hüquqları Şurasına üzv seçilmişdir. Bu hal Azərbaycan dövlətinin insan hüquq və azadlıqları sahəsində apardığı ardıcıl işin beynəlxalq əhəmiyyət kəsb etdiyini və imicinin artdığını bir daha təsdiqləyir.
İnsan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində aparılan siyasət ardıcıl, dönmədən, uğurla davam etdirilir.
Hazırda bəşəriyyət total informasiya əsrində yaşayır. Bu gün içərisində olduğumuz məlumat axını o qədər güclüdür ki, hər hansı faktı saf-çürük etmək, doğrunu saxta xəbərdən, pisi yaxşıdan seçmək, həqiqəti arayıb tapmaq olduqca çətin məsələyə çevrilib. Belə hal xüsusən hələ tam formalaşmamış xarakterlərin, dünyagörüşlərinin daşıyıcısı olan yeniyetmə şagirdlərə aiddir.
Pedoqoji kollektivin üzvlərinin - müəllimlərin vətəndaşlıq borcu, ziyalılıq vəzifəsi mövcud olan nəhəng informasiyanın analizinə, yoxlanılmış və etibarlı faktlara, elmi tədqiqat nəticələrinə əsaslanaraq, dövlət və özəl təhsil sistemi əməkdaşlıq edərək cəmiyyətə düzgün impulslar vermək, inandırmaq, beləliklə, təhlükə altında olan hər bir insanın hüquqları uğrunda mücadilə etməkdir. Əminliklə demək olar ki, nəinki ayrı-ayrı fərdlərin, hətta bəşəriyyətin və xalqların taleyi bu mübarizədə qalib gələcəyimizdən asılıdır.
İnsan cəmiyyətin qorunması və bəşəriyyətin gələcəyi naminə insan hüquqlarının qorunması böyük miqyası əhatə edir və sosial-mədəni əhəmiyyət kəsb edir.
Hüquqi meyar bəşərilik, azadlıq, başqalarına hörmət, cəmiyyətə sayğı kimi cəhətlər götürülür. Gənclər yeniliklərin, qeyri-adiliklərin axtarışına meyillidirlər, təqlidə cəhd edirlər, öz imkanlarını yüksək qiymətləndirirlər. Kütləvi informasiya vasitələri insanların düşüncəsindəki ənənəvi dəyərlər sistemini dəyişməyə, xeyir və şər anlayışları arasındakı sərhədləri pozmağa, günahı davranış norması kimi qəbul etdirməyə cəhd edirlər. Bu isə reallığın qəbul edilməməsinə səbəb olur.
Məşğələlərin sonunda mövzularla bağlı ümumiləşdirmələr aparılır, şagirdlərə ötürülən bilgilər dəyərləndirir. Şagirdlər hüquqi cəmiyyət uğrunda ictimai fəallıq nümayiş etdirilməyə həvəsləndirilir.
Məktəb direktoru Nemət Həsənov, polis əməkdaşları, valideynlər müxtəlif vaxtlarda aksiyalarda çıxış edərək insan hüquqları ilə bağlı məsələlər ətrafında fikirlərini bölüşüblər, bu istiqamətdə ictimai müzakirə və maarifçiliyin vacibliyini vurğulayıblar.
Cəmilə İSBƏNDİYAROVA,
Aksiyaların təşkilatçısı, f.ü.f.d.,
orta məktəb psixoloqu,
ictimai fəal, QHT sədri

- Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması vacib bir nüans kimi vurğulanıb.
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və ölkəmizin normativ hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilib.
- Azərbaycan Respublikasının tərəfdar çıxmadığı insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və regional konvensiyaların nəzərdən keçirilməsi və həmin sənədlərə ölkəmizin qoşulması istiqamətində tədbirlərin görülməsi ilk növbədə həm ölkəmizin daxilində, həm də xaricdə yaşayan soydaşlarımızın haqlarının qorunmasına yönəldilib.
- Avropa Şurası ilə birlikdə “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna, Azərbaycan Respublikasının cinayət və seçki məcəllələrinə əlavələr və dəyişikliklərin, habelə “Alternativ xidmət haqqında”, “Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında” və başqa qanun layihələrinin hazırlanması insan hüquqlarının tərkib hissəsi kimi götürülür.
- BMT-nin insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış müvafiq qurumları ilə, həmçinin Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumlarla əməkdaşlıq strategiyalarının hazırlanması, həyata keçirilməsi və inkişaf etdirilməsi insan hüquqlarının qorunmasına müsbət təsiri şübhəsizdir.
- İnsan hüquqlarının təmin olunması sahəsində beynəlxalq təşkilatlarla (BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı, ATƏT, Avropa Şurası və digər ixtisaslaşdırılmış qurumlar), habelə milli təsisatlarla - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), ihsan haqlarının müdafiəsi ilə bağlı QHT-lər, KİV və TV-lərlə birgə layihələrin həyata keçirilməsi bu sahədə görülən işlərin səmərəliliyinin artırıb.
- Azərbaycan Respublikasının BMT-nin ixtisaslaşdırılmış Komitələrinə verilən hesabatlarının hazırlanması işinə insan hüquq müdafiəsi sahəsində fəaliyyət göstərən əlaqədar qeyri-hökumət qurumlarının cəlb edilməsi bu istiqamətdə maarifçiliyin yeni mərhələsinə çevrilməkdədir.
- Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda məsələnin qaldırılması da universal insan hüquqlarının bir hissəsi kimi tanıdılıb.
- İnsan hüquqları sahəsində beynəlxalq sənədlərin, xüsusilə İnsan Hüquqlarına dair Avropa Konvensiyasının dövlət qulluqçuları, məhkəmə, prokurorluq, polis orqanlarının əməkdaşları, Ombudsman Aparatının və regional mərkəzlərinin işçiləri, bələdiyyə üzvləri, vəkillər və hüquq sahəsində ixtisaslaşan ali təhsil müəssisələrinin müəllimləri tərəfindən öyrənilməsinin təşkil olunması vacib sayılır.