Saatlıda çoban özünü fermada asıb

Saatlıda 42 yaşlı çoban özünü asıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Əhmədbəyli kəndində fermada baş verib. İmişli rayonunun Xəlfəli kənd sakini, 1981-ci il təvəllüdlü İlqar Xanhüseyn oğlu Novruzov özünü fermanın tavanından asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.