Siyəzəndə avtomobil 83 yaşlı kişini vuraraq öldürüb

Siyəzəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, İlyas Ələsgərov idarə etdiyi VAZ-2106 markalı avtomobillə piyada 1940-cı il təvəllüdlü Mikayıl İsgəndərovu vuraraq öldürüb.
Faktla bağlı cinayət işi başlanılıb.