Bakıda 55 yaşlı qadın yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bakının Nizami rayonunda sərnişinin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, sərnişin avtobusu digər bir avtomobilə toqquşub. Hadisə zamanı avtobusun sərnişini, 1968-ci il təvəllüdlü Şəfa Seyran qızı Alxasova xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.