Bakıxanov qəsəbəsinin bir hissəsində su kəsiləcək
16-noy, 13:58 286 Cəmiyyət
Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində gün ərzində məhdudiyyətlər olacaq.Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Qeyd olunub ki, məhdudiyyət ərazidəki su kəmərində təmir-bərpa işlərinin aparılması ilə bağlıdır.





