Dünya üzrə miqrantların sayı açıqlanıb

2020-ci ilin statistikasına əsasən, 281 milyon beynəlxalq miqrant var.
Bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Məlumata görə, bu rəqəm dünya əhalisinin 3,6 faizini təşkil edir.
Həmçinin, qeyd edilib ki, 2021-ci ilin statistikasına əsasən, dünyada 21,3 milyon qaçqın, 4,6 milyon sığınacaq axtaran şəxs, 53,2 milyon məcburi köçkün var.