Bakıda və Gəncədə məktəbli qızlar itkin düşdülər

Gəncədə məktəbli itkin düşüb.
APA xəbər verir ki, 2010-cu il təvəllüdlü Nigar Nurullayeva oxuduğu 27 saylı məktəbdən çıxıb və naməlum istiqamətə gedərək itkin düşüb.
Bundan başqa Bakı şəhəri Yasamal rayonunda yaşayan 2008-ci il təvəllüdlü Ləman Nadir qızı Pərvanə yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.