Xəyal dünyasının şərəf təntənəsi
26-iyl, 21:59 181 Gündəm / Cəmiyyət / Sosial44 günlük haqq savaşı, ədalət savaşı Azərbaycan xalqının bir daha birləşməsi vahid bir Azərbaycanın birliyini göstərən 8 noyabr qələbə günü bu tarixi qızıl hərflərlə yazdı. Bəli, bu tarixi bir qələbə oldu. Şəhid olub şəhadətə qovuşan igid oğullarının Azərbaycana qürurlu dərdi içərisində bir qələbə sevinci gətirdilər. Bu savaşda canını qurban verən igid oğullarımızdan biri də şəhid olub şəhadətə yetişən Xəyal Məmmədov oldu. Azadlıq uğrunda canını qurban verən, Xəyal Məmmədovun adını eşidərkən Xəyalın sorağına çıxaraq oxuyub təhsil aldığı Cəbrayıl rayonunun 5 saylı məktəbinə yollandım. Sumqayıt şəhərində yerləşən həmin məktəbdə Xəyalın oxuyub təhsil aldığı məktəbin sinif otağına daxil olarkən balaca sinif otağının qapısını açıb içəri girərkən məsum bir baxışla və kövrək notlara köklənərək bizi qarşılayan əsl Azərbaycan qadını, cəmiyyətdə layiqli vətəndaş, müəllimə, ailədə qayğıkeş ana Nigar müəllimə oldu. Buyurun deyərək, bizi Xəyalın qəhrəmanlığının göstəriciləri olan atributlarla bəzənən sinif otağında yaratdığı bu şəhanə təntənə içərisində təhsil alan şagirdlərdən soruşanda Xəyal Məmmədov kimdi? Hamısı eyni səslə cavab verdilər. Bizim qəhrəmanımız Xəyal! Bu səsin gurluğundan, əzəmətində gözləri dolan Nigar müəllimə əllərini ovuclarına sıxaraq keçirdiyi həyacandan qeyri-ixtiyari bi sual yarandı. Xəyal şagirdiniz olub deyərkən?... Aldığımız cavabı gözləmək məcburiyyətində qaldıq. Çünki bu suala həm kədərlər, həm qürurla, həm də uca bir səslə cavab verdi Nigar müəllimə. Xəyal mənim qardaşımdı! Həqiqətən Xəyalın Nigar müəllimənin doğma qardaşı olmağına şübhə yox idi. Çünki bütün qayğılar bunu göstərirdi. Bu cavab bir Azərbaycan müəlliminin vətənə olan sevgisinin nümunəsi idi. Və bu görüntülərin nə qədər təbii olmasını dil ilə ifadə etmək mümkünsüzdü. Bəli, qürurlu dərdimiz bütün Azərbaycan xalqının şərəfli bir qürurudu. Bizlər də belə tanıdıq bir Azərbaycan müəllimini. Nigar müəllimə Xəyalın yarımçıq qalmış arzularının işığını yandırmağa yol açan bir əbədiyanar məşəli bu sinifdə qoruyaraq onun işığının nurundan, odunun istisindən və nurundan hər zaman şagirdlərinə söz açar, Xəyal adını dillərində əzbər edər. Nəhayət, Nigar müəllimə ilə söhbət zamanı müəllim oldu ki, Xəyal Məmmədov bu məktəbdə bir neçə il təhsil alaraq ailə vəziyyətləri ilə əlaqəli Sumqayıt şəhərinə köçməli olublar. Beləcə bu gediş Xəyalın bu məktəbdən sonuncu gedişi olub. Məlum oldu ki, doğma qardaşı olmasa da Xəyalı yoxluğu ilə özünə qardaş seçən, fəxirli adı ilə bütün Azərbaycanın qardaşı olan Xəyalı belə dəyərləndirdi bizim adı kimi özü Nigar olan müəlliməmiz.
Təhsil verdiyi sinif otağında şagirdlərini vətənpərvərlik ruhunda tərbiyələndirən gələcəkdə onların vətən sevgisini bir məşəl olaraq qəlbimizdə alovlanması, bu tarixi qələbəni Xəyal kimi oğullarımızın sayəsində Qarabağ torpaqlarını öz qanı ilə suvararaq, əsarətdən çıxarılan Xarıbülbülü sinəmizdə dövlət atributuna çevrilməsi Nigar müəllimə kimi vətənə, dövlətə olan sevgisinin bariz nümunəsidi. Zehniniz həmişə açıq olsun Azərbaycan müəllimi. Balaca sinif otağında yaratdığınız əvəzi olmayan bir şəhanə şəhid ruhunun şəhanə təntənəsinə göstərdiyiniz əsl ana, bacı sevgisini sözümlə yox, bu ifadələri qələmə alaraq yaddaşlarda bir Xəyal izi qoymaq istədik. Xəyalın əksini portretə çevirərək oradan baxan vətən sevgili baxışlar dövlətə olan sevginin, vətənə olan məhəbbətin əvəzolunmaz nümunəsidir. Bəli, xəyallarımızın Xəyalı olan, şah əsərimiz Xəyalımız. Biz də Xəyalı belə tanıdıq. Və Xəyalın bacısı bildiyimiz Nigar müəllimə tanıtdı Xəyalın qəhrəmanlığını bizə. Bu şərəfli söhbət ardında qəhrəman oğlumuzun valideynlərini soruşduqda, Füzuli rayonundadı. Və yanağından süzülən yaşla boğunuq və kövrək səslə Xəyal ana-atasını çox sevərdi deyən Nigar müəllimə... Xəyal vətənpərvər oğul olduğu üçün öz vətəninin müdafiəsi uğrunda şəhid olub. Elə Füzuli rayonunda valideynlərin yanında yaşadığı yerdə dəfn olunub. Nigar müəllimənin bu təqdimatı sanki Xəyalın cənnətdə gül açan ruhunun, yarımçıq qalmış arzularının təntənəsi idi. Bütün şəhidlərimiz başımıza tac, üzümüzə nur gətirdi. Bizim nur üzlü şəhidlərimiz. Yolumuz yol aldı. Bir neçə vaxtdan sonra biz Xəyalın valideynləri ilə görüşə yollandıq. Həmin vaxt, həm də bizim qəhrəman oğlumuzun ad günü idi. Çox uzun bir yol getdik. Cəbrayıl rayonunun 5 saylı orta məktəbin rəhbəri və müəllim kollektivi bu yola Xəyal arzusu ilə yol aldılar. Hamıdan fərqli Nigar müəllimənin üzündəki həyəcan bu məsafənin tez bitməsinə Xəyal arzularına qovuşmasına, Xəyalın görüşünə bir tələskənlik idi. Nəhayət mənzil başına çatdıq. Xəyalın valideynləri, yaxınları və doğmaları ilə birlikdə Xəyalın görüşünə yollandıq. Cansız daşdan baxan nur üzlü Xəyalımız sanki hamıya xoş gəldin deyirdi. Nigar müəllimə Xəyalın sol yanında dayanaraq sanki Xəyalın ruhuyla bərabər onun ad gününə qonaq gələn qonaqları qarşılayıb, Xəyalımızın bacısı olaraq öz borcundan çıxırdı. Həmin anda Nigar müəllimənin gözlərindən süzülən yaş sanki Xəyalın cənnətdə süzüzlən şərbət şəlaləsindən ayrılan damcılar idi ki, onu da mələklər Xəyalın cansız daş üzərinə gətirmişdi. Belə yaşandı, belə bitdi Xəyal ömrü. Sonunda başımızn tacı şəhidlərimizə bir Azərbaycan müəlliminin savadı ilə bərabər göstərdiyi ürəyindən gələn mərhəmətin çırağını yandırdıq. Tək Nigar müəllimənin yox, milyonların sevimlisi olan Xəyalımız vətənində, həm də azad vətənində şəhid adın dillərə bir dastan oldu. Xəyallarımızın, ruhumuzun Azərbaycanımızın qəhrəmanı Xəyal!...
Nail Amin Zaman
Baş redaktor, “Qızıl qələm” mükafatçısı