“Ailəsi də dil tapa bilmirdi, aqressiv rəftar edirdi” - 17 yaşlı qız sığınacaqdan qaçıb + YENİLƏNİB

“İctimai Birliyin sığınacağına yerləşdirilmiş Arəstə Məmmədova sığınacaqdan özü qaçıb”.
Bunu Oxu.Az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
O, qızın adaptasiya olmadığını qeyd edib:
“Qız qaçıb, itkin düşməyib. Evdən də bir neçə dəfə qaçıb. 3-4 gün idi ki, buraya yerləşdirilmişdi. Heç cür adaptasiya olmurdu. Qızlarla da aqressiv rəftar edirdi. Söhbət etdik, müzakirə apardıq, daha da aqressivləşdi. Dünən ətrafdakı hər şeyi dağıtdı. Sonra da çıxıb gedib”.
M.Zeynalova ailəsi ilə dil tapmadığını əlavə edib:
“18 yaşı 2-3 aya tamam olacaq. Ailəsi var. Ailəsi ilə dil tapa bilmir. Ailə xahiş edib ki, buraya yerləşdirin, biz bacarmırıq. Hələ də tapılmayıb. Aidiyyəti qurumlara məlumat vermişik. 18 yaşı tamam olandan sonra heç kəs onu məcbur haradasa saxlaya bilməz”.
09:32
Bakıda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilmiş qız itkin düşüb.
APA xəbər verir ki, Şirvan şəhər sakini, 2007-ci il təvəllüdlü, sığınacağa yerləşdirilən Arəstə Məmmədova ötən gün müəssisədən çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.