“Real” TV-nin altı yaşı tamam olur
15-mar, 10:59 99 CəmiyyətBu gün “Real” TV-nin altı yaşı tamam olur.
5 mart 2018-ci ildə Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.
Tanınmış jurnalist Mirşahin Ağayev “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur.
“Real” TV 15 mart 2018-ci il saat 08:00-də Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə əsas yayıma başlayıb. 17 sentyabr 2018-ci ildən etibarən 24 saatlıq yayıma keçib.
“Real” TV Azərbaycanda operativ təhlil və informasiya mərkəzlərindən biri olmaqla yanaşı, həm də informasiya mühitində öz standartlarını diktə edən qurumdur. Kanal təkcə Azərbaycan auditoriyasını deyil, həm də bütün dünyanın böyük bir hissəsini hər gün xəbərlərlə təmin edir. Televiziyada gün ərzində yerli və xarici xəbərlər, aktual mövzuların müzakirəsi, təhlili izləyicilərə təqdim olunur.
Qeyd edək ki, televiziyanın “YouTube” səhifəsinə gün ərzində telekanalda yayımlanan maraqlı süjetlər və müsahibələr yerləşdirilir.
Oxu.Az kollektivi “Real” TV-dəki həmkarlarını təbrik edir, uğurlar arzulayır!