Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 22-də Xankəndi şəhəri ərazisindən üç avtomat silahı, iki qumbara, doqquz patron darağı, 60 ədəd müxtəlifçaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.