Şəmkirdə yeniyetmə atasının maşınını aşırıb, ölən var

Şəmkirdə yeniyetmə atasının maşınını aşırıb.
APA xəbər verir ki, hadisə Yeni Həyat kəndində qeydə alınıb.
2007-ci il təvəllüdlü Ayxan Amasov sürücülük hüququ olmadan atasına məxsus VAZ-2112 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Qəzada Ayxan Amasov, sərnişinlər - 2009-cu il təvəllüdlü Turxan Alıyev və 1998-ci il təvəllüdlü Orxan Alıyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Orxan Alıyev orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.