Qəbələ sakinini ilan sancıb

Qəbələ sakinini ilan sancıb.
APA xəbər verir ki, hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb.
Kənd sakini 2004-cü il təvəllüdlü Uğur Müşfiq oğlu Salahov həyətyanı sahədə işləyərkən onu ilan sancıb.
Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılan şəxsin vəziyyətinin orta-ağır olduğu bildirilir.