Buzovnada iki avtomobil toqquşub: Azyaşlı qardaş-bacı ağır yaralanıblar
30-apr, 08:59 218 Cəmiyyət
Bakının Xəzər rayonunda azyaşlı bacı və qardaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.“Report” xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2016-cı il təvəllüdlü T. Axundov və onun bacısı 2018-ci il təvəllüdlü S.Axundova xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.





