Həmin qəzaya görə Azər Maqsudova 6 ilədək həbs verilə bilər
04-iyn, 16:03 60 CəmiyyətTanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə ittiham olunan Azər Maqsudovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
“Qafqazinfo”nun məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Azər Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması-ölümlə nəticələndikdə) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Məhkəmə işdə yüngülləşdirici hallar müəyyən edərsə, Maqsudov təqsirli bilindiyi halda cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkə bilər.
İşi hakim Anar Rzayev araşdıracaq.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında baş verib. Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir. Qəza o, evə gedərkən Sabunçu rayonu ərazisində qeydə alınıb. A.Maqsudov haqda istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.