Nazirin Goranboyda vətəndaş qəbulunun vaxtı dəyişdirildi
16-avq, 11:43 146 Cəmiyyət
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun avqustun 23-ü Goranboy rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunun keçiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Vətəndaşlar əlavə məlumat almaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) ilə əlaqə saxlaya bilərlər.





