Son 5 ildə 622 uşaq övladlığa verilib
09-sen, 13:14 36 CəmiyyətAzərbaycanda 1 noyabr 2019-cu ildən bu günədək 622 uşaq övladlığa verilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Bildirilib ki, onlardan 310-u oğlan, 312-si qızdır.
Nazirliyin digər fəaliyyət sahələrində olduğu kimi, övladlığagötürmə sahəsində də idarəetmə və xidmətlər elektron infrastruktur üzərindən həyata keçirilir.
Övladlığa verilən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilir. Bu məqsədlə həmin uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə olmaqla monitorinqlər həyata keçirilir. Ötən dövrdə 6 minə yaxın belə monitorinq həyata keçirilib.