Türk lirəsi 12 qəpiyə düşdü - REKORD
01-dek, 11:33 204 CəmiyyətBu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,1253 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.
Bu, ötən rəsmi məzənnə ilə müqayisədə 6,1% azalma deməkdir.
Sonuncu dəfə türk lirəsinin manat qarşısında ən aşağı məzənnəsi cari ilin noyabrın 24-də və 30-da - 0,1334 manat qeydə alınmışdı.
Xatırladaq ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.
Qeyd edək ki, dünən türk lirəsi dollar qarşısında da tarixi minimumunu yeniləyib və dolların məzənnəsi 13,95 lirə səviyyəsinə qədər yüksəlib.