İşini vicdanla yerinə yetirən Bərxudar Bərxudarov haqqında yazılanlar böhtan xarakterlidir! – ARAŞDIRMA
02-mar, 15:41 408 CəmiyyətŞirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bərxudar Bərxudarov barədə bəhs edəcəyik.
Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə, dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bərxudar Bərxudarov ləyaqət nümunəsi təhsil rəhbərlərindən biridir.
Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir təhsil ocağının rəhbəri haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri təhsil ocağının rəhbərini müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün təhsildə çalışanların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala onun haqqında da belə düşünəcəkdik.
Amması budur ki, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bərxudar Bərxudarov vəzifəsini vicdanla yerinə yetirən biridir.
Bütün deyilənləri, yazılanları kənara qoyaraq bir elin, obanın təəssübünü cəkən fədəkar bir insan kimi tanıdığımız Bərxudar Bərxudarov haqqında bəzən bədhaqları tərəfindən yayılan uydurmalar da olur ki, əslində bu insanda gülüş doğurur. Yalana bükülüb ləkə kimi atılanlara cavab olaraq gerçək olanı deyək: Bəri başdan deyirik ki, Bərxudar Bərxudarov təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Bərxudar müəllimin saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər bağlıdır. Bərxudar müəllim rəhbər olduğu kollecdə bir direktor kimi yox, tələbələrə bir ata kimi davranmağını, onların problemləri ilə yaxından tanış olub bir başa həllində öz əlindən gələn köməkliyini edir. O, cümlədən də müəllimlərin dərsə davamiyyətinin yüksək səviyyədə təmin edərək, tələbələrə elmin, təhsilin verilməsində, gənc nəslin savadlı və vətənpərvər ruhda böyüməsində mühüm rolu vardır.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bərxudar Bərxudarov rəhbər olduğu təhsil ocağına müqəddəs bir məkan bilərək, həmişə yüksək pillələrdə mənafeyini qoruyub saxlayandır. Bəzi kütləvi informasiya vasitələrinin əməkdaşları araşdırma aparmadan işini vicdanla yerinə yetirən vətənpərvər bir ziyalı haqqında xoşagəlməz tənqidi mövzular dərc etməklə iş nüfuzuna xələl gətirirlər. Biz isə bunun tam əksi olaraq, araşdırmalarımız nəticəsində qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bərxudar Bərxudarovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Bərxudar Bərxudarovun fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.
Biz redaksiya olaraq Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bərxudar müəllimə işində uğurlar arzu edirik. Ömrünü elmə, təhsilə və gələcəyimiz olan gənclərimizi savadlı böyüməsində həsr etdiyi üçün təşəkkürlərimizi bildiririk.
Dilşad Əhmədova
Təsisçi-direktor