Tehran təzminat tələb edəcək
17-mar, 09:47 1 Dünya
Tehran ABŞ və İsraildən Minabdakı məktəbə hücuma görə təzminat tələb edəcək.
“Qafqazinfo” xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib.
O qeyd edib ki, ölkə Minab şəhərində qızlar məktəbinə edilən ölümcül hücumla bağlı ABŞ və İsraildən təzminat tələb edəcək.
Qeyd edək ki, fevralın 28-də baş vermiş hücum nəticəsində, əsasən, uşaqlar olmaqla 160-dan çox insan həlak olub. Araşdırmaların yekunu göstərib ki, hadisəyə görə ABŞ məsuliyyət daşıyır.
Tehran administrasiyası həm ABŞ, həm də İsraildən insan itkisi və dağıntılar üçün kompensasiya tələb edəcəyini açıqlayıb.





