Avropa ölkələrilə İran arasındakı hesablaşmalar mexanizmi ləğv olundu
10-mar, 08:37 4 Dünya
“INSTEX-in on üzvü - Belçika, Almaniya, Finlandiya, Fransa, Niderland, Norveç, İspaniya, İsveç, Danimarka və Böyük Britaniya - bu mexanizmi ləğv etmək qərarına gəliblər”, - bəyanatda deyilir.
Bildirilir ki, bu tədbir İranın humanitar məqsədlərini yerinə yetirməsi üçün INSTEX-ə sistemli şəkildə mane olması və yalnız bir dəfə Aİ-dən tibbi malların ixracına razılıq verməsi nəticəsində qərara alınıb.
Mexanizmin ləğvi qərarı martın 9-da keçirilən növbədənkənar ümumi yığıncaqda qəbul edilib.
Mənbə: Oxu.Az