Pentaqon rəhbəri bu ay İsveçdə ölkənin NATO-ya üzv olmaq planlarını müzakirə edəcək
06-apr, 08:18 153 DünyaPentaqon rəhbəri Lloyd Ostin NATO-ya üzvlüyü müzakirə etmək üçün İsveçə yollanacaq.
Bu barədə ABŞ müdafiə nazirinin yazılı bəyanatında deyilir.
Onun sözlərinə görə, səfər aprel ayına planlaşdırılıb.
“Bu ayın sonunda mən bir sıra regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün İsveçə səfər etmək niyyətindəyəm”, - deyə Pentaqon rəhbəri bildirib.
Ostin həmçinin Finlandiyanı Şimali Atlantika Alyansına qoşulması münasibətilə təbrik edib və NATO-nun alyansa üzv olan ölkələrin hər qarış ərazisini qorumaq üçün gördüyü işin vacibliyini vurğulayıb.
Pentaqon rəhbərinin sözlərinə görə, Rusiya Federasiyasının Ukraynadakı xüsusi hərbi əməliyyatı NATO-nun genişlənməsinin nəticəsi deyil, NATO-nun genişlənməsinin səbəbidir.
Mənbə: Oxu.Az