40-dan çox ölkə Rusiyada saxlanılan ABŞ jurnalistinin azadlığa buraxılmasını tələb edib
18-apr, 08:20 144 Dünya40-dan çox ölkə Rusiyada casusluq ittihamı ilə həbs edilən “The Wall Street Journal”ın (WSJ) jurnalisti Evan Qerşkoviçin azadlığa buraxılmasına, həmçinin media nümayəndələrinə qarşı repressiyalara son qoyulmasına çağırıb.
Bu barədə dünya ölkələrinin 3 May Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş birgə bəyanatına istinadən xəbər yayılıb.
“Biz Rusiya Federasiyasının hakimiyyətini siyasi motivlərlə həbsdə saxladıqları şəxsləri azad etməyə və söz azadlığına, o cümlədən media mənsublarına qarşı sərt basqılara son qoymağa çağırırıq”, - bəyanatda deyilir.
Qerşkoviçə dəstək bəyanatı imzalayan dövlətlər arasında ABŞ, Avropa ölkələri, Avstraliya, Kanada, İsrail, Yaponiya və Cənubi Koreya da var.
Mənbə: Oxu.Az