Rusiyada güclü zəlzələ baş verdi
20-apr, 08:16 150 DünyaSeysmoloqlar Kamçatkanın şərq sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alıblar. Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsindən məlumat verilib.
Bildirilib ki, yeraltı təkanlar Sakit okeanda, təxminən 166 min insanın yaşadığı Petropavlovsk-Kamçatsk şəhərindən 243 kilometr aralıda qeydə alınıb.
Zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib.
Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, tələfat və dağıntı, sunami təhlükəsi yoxdur.
Mənbə: Oxu.Az