Kissincer: “Ukrayna münaqişəsi dönüş nöqtəsinə yaxınlaşır”
08-may, 08:29 129 DünyaUkrayna münaqişəsinin Çinin vasitəçiliyi ilə nizamlanması üzrə danışıqlar bu ilin sonunda başlamalıdır.
Bu fikri ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer bazar günü CBS telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsində dönüş nöqtəsinə yaxınlaşır.
“İndi Çin danışıqlara qatıldığına görə hər şey öz yerinə düşəcək. Düşünürəm ki, ilin sonuna kimi biz danışıqlar prosesindən və hətta real nəticələrdən danışacağıq”, - deyə o bəyan edib.
Kissincerin Rusiya prezidenti Vladimir Putinlə danışıqlar üçün Moskvaya gedə biləcəyilə bağlı suala cavabı müsbət olub. O, əlavə edib ki, o, Moskvaya ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi rolunda gedə bilər.
Xatırladaq ki, Kissincer 1973-1977-ci illərdə ABŞ dövlət katibi vəzifəsində çalışıb. 1969-1975-ci illərdə ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi olub.
Mənbə: Oxu.Az