Mask: “WhatsApp”a etibar etmək olmaz”

Amerikalı biznesmen və “Twitter”in sahibi İlon Mask bildirib ki, “WhatsApp” mesencerinə  etibar etmək olmaz.
Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.
O, istifadəçilərdən birinin yatarkən “WhatsApp” proqramının mikrofondan dəfələrlə istifadə etdiyi barədə xəbərinə cavab verib.
Biznesmen həmçinin əlavə edib ki, “WhatsApp”ın tərtibatçıları mesencerdə edilən dəyişikliklərə görə “Meta”dan ayrılıblar.