Türkiyə-Suriya əlaqələrinin inkişafı üçün yol xəritəsi hazırlanacaq

Bu gün Rusiyanın paytaxtı Moskvada keçirilən dördtərəfli sammitdə mühüm qərarlar qəbul edilib.
Türkiyə, Rusiya, Suriya və İranın xarici işlər nazirləri Türkiyə-Suriya əlaqələrinin inkişafı üçün yol xəritəsi hazırlamağı qərara alıblar.
Görüşdə suriyalıların vətənlərinə könüllü və təhlükəsiz qayıtmalarının asanlaşdırılmasının vacibliyi vurğulanıb.
Moskva danışıqlarındakı müsbət və konstruktiv atmosferə diqqət çəkən Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirləri təmaslarını dördtərəfli formatda davam etdirmək barədə razılığa gəliblər.
Mənbə: Oxu.Az