Moskva sakini bir stəkan pivə içdi: Komaya düşdü

Rusiya paytaxtı Moskvanın Marino bölgəsinin 41 yaşlı sakini bir stəkan pivə içdikdən sonra komaya düşüb.
Moskva sakini işdən sonra özünə bir butulka pivə alıb. O, yalnız bir stəkan içib və sonra yatmağa gedib. Səhəri gün anası onu oyatmağa gəldiyi zaman oğlunu huşsuz vəziyyətdə görüb. Qadın təcili yardım çağırıb.
Hazırda kişi süni nəfəs aparatına qoşulub və ağır vəziyyətdədir. Anasının dediyinə görə, onun hər hansı xroniki xəstəliyi olmayıb. Hadisədən əvvəl də pivədən başqa potensial təhlükəli heç bir şey qəbul etməyib.
Xəstəyə qusuntu kütlələrinin aspirasiyası diaqnozu qoyulub. Onun yuxuda ürəyinin bulandığı və qusduğu bildirilib.
Mənbə: Oxu.Az