Turizm ölkəsi Şengen vizası ilə giriş qaydalarını dəyişdi

Bolqarıstan hökuməti çoxsaylı Şengen vizası olan turistlərin ölkəyə səfər qaydalarını dəyişib.
Bolqarıstan Nazirlər Şurasının qəbul etdiyi qərara əsasən, indi çoxlu sayda vizası olan şəxslər Avropanın çimərlik ölkəsinə daxil olmazdan əvvəl ən azı bir dəfə Şengen zonasına daxil olan dövlətlərdən birinə səfər etməlidirlər.
Oxşar qaydalar Rumıniya və Kipr vizalarına da tətbiq olunmağa başlayıb: bu vizalar ilə viza verən ölkəyə səfər etdikdən sonra Bolqarıstana da daxil olmaq olar.
Qeyd olunur ki, Bolqarıstan Şengen zonasına daxil deyil, lakin Şengen, Kipr və ya Rumıniya vizası ilə ölkəyə girişə icazə verir.
Mənbə: Oxu.Az