Rusiyada evsiz kişi 10 yaşlı qızı zorlamaq istədi

Yekaterinburqda əvvəllər məhkum olunmuş 53 yaşlı evsiz kişi məktəbli qızı zorlamağa cəhd edib.
Xoşbəxtlikdən, qıza yoldan keçənlər kömək ediblər.
Hücum edən şəxs hadisə yerinə gələn polisə təhvil verilib. Məlum olub ki, 53 yaşlı Zyuzev artıq yetkinlik yaşına çatmayanlara qarşı cinsi cinayətlərə görə mühakimə olunub.
Bildirilib ki, 10 yaşlı qız rəssamlıq məktəbindən evə qayıdarkən hücuma məruz qalıb. Kişi onu yerə yıxıb və paltarını çıxarmağa çalışıb. Müqavimət göstərən qız qışqırıb və bu, yoldan keçənlərin diqqətini çəkib.
Mənbə: Oxu.Az