Türkiyədə meydana gələn tornado görənləri qorxutdu

Amasyanın Gümüşhacıköy mahalında meydana gələn tornado səbəbiylə əhali arasında böyük qorxu və çaxnaşma yaşanıb.
Məlumata görə, Ovabaşı kəndində yağışdan sonra yaranan tornadonun ölçüsü kifayət qədər nəhəng olub.
Təbiət fenomeni bir müddət sonra yoxa çıxıb. Onun kənddə maddi ziyana səbəb olmadığı bildirilib.
Qeyd edək ki, güclü yağış Amasya şəhər mərkəzi və digər rayonlarda da təsirli olub.
Mənbə: Oxu.Az