ABŞ-da ərzaq böhranı: Boş rəfləri bu yolla dolu göstərirlər - FOTO

ABŞ-da ərzaq böhranı: Boş rəfləri bu yolla dolu göstərirlər - FOTO


Avropada başlayan və bütün dünyanı bürüyən təchizat böhranı ABŞ-a da təsir edib.

Xarici KİV xəbər verir ki, ölkənin bir çox market və mağazalarında ərzaq rəfləri boş qalıb.

Supermarket şəbəkələri problemlə mübarizə üçün müxtəlif yollara əl atmağa başlayıb.

Belə ki, müştəriləri geri çevirməmək və bazar rəflərinin boş görünməsinin qarşısını almaq istəyən bəzi bazar sahibləri məhsulların fotoşəkilləri ilə rəfləri bağlayıblar.