Rusiyalı diplomatdan Ermənistandakı bazanın taleyi ilə bağlı AÇIQLAMA

“Rusiyanın Gümrüdəki hərbi bazasının bağlanması məsələsi gündəmdə deyil”.
Bu sözləri Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib.
“Mən Ermənistan tərəfdən verilən rəsmi bəyanatları rəhbər tuturam, xüsusən də, bazanın çıxarılması məsələsi gündəmdə yoxdur”, - Kopırkin Ermənistan hakimiyyəti tərəfindən Rusiya bazasının bağlanması və rus sərhədçilərin çıxarılması ilə bağlı siqnalların olub-olmadığı sualına cavab verərkən deyib.
O, Moskvanın belə siqnallar almadığını vurğulayıb.
Mənbə: Oxu.az