Ermənistanda qalmaqallı sənəd qəbul edildi: Putin İrəvana gələrsə, həbs olunacaq
01-fev, 11:07 112 DünyaErmənistan fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) rəsmən qoşulub.
Beləliklə, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin iştirakçısı olan 124-cü, Şərqi Avropa ölkələrindən isə 19-cu dövlət oldu.
Ötən il noyabrın 14-də Ermənistan rəsmi olaraq Roma Statutunun ratifikasiya sənədini təqdim edib və onun 2024-cü il fevralın 1-də qüvvəyə minməsini gözləmək kifayət edib.
O da məlum olub ki, noyabrın 15-də Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan BCM katibliyinə Ermənistanın 2021-ci il mayın 10-dan məhkəmənin yurisdiksiyasını geri tarixlə tanıyacağı barədə xəbər verib.
Qeyd edək ki, Roma statutuna əsasən, Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putin haqqında çıxardığı həbs qərarından sonra o, Ermənistana gələrsə, saxlanıla bilər.
Mənbə: Oxu.az