Quba, Qusar, Xaçmazda bir qrup müharibə iştirakçısı və şəhid ailə üzvlərinə hüquqi konsultasiya xidmətləri göstərilib
10-dek, 19:09 127 Gündəm / CəmiyyətAzərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Quba, Qusar, Xaçmaz bölgəsində müharibədə iştirak edən şəxslərə hüquqi yardımın göstərilməsi” layihəsi çərçivəsində 27 aprel – 07 may tarixlərində Quba, Qusar və Xaçmaz rayonlarında bir qrup I və II Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailə üzvlərinə müvafiq qaydada hüquqi konsultasiya xidmətləri göstərilib. Konsultasiyadan yararlanan Müharibə iştirakçıları və bir qrup şəhid ailə üzvləri onları narahat edən istər hüquq və güzəştləri ilə bağlı suallarına, istərsə də, digər hüquqi yardımlar ilə bağlı məsələlərə aydınlıq gətirilib.
Müraciət edən iştirakçılara şikayəti, problemi əsasında aidiyyatı qurumlara müraciət edilməsi, prosedur qaydaları, ərizə yazmaq və s kimi irili-xırdalı məsələlər ilə bağlı bir çox hüquqi xidmətlər göstəriliKonsultasiyadan yararlanan şəxslərin suallarına əsasən ev, mənzil növbəsinə, məşğulluq ilə bağlı müraciətlərdən ibarət idi ki, aidiyyatı üzrə prosedur qaydaları iştirakçıların diqqətinə çatdırılıb. Ərizə yaza bilməyən şəxslərə isə yerində müvafiq köməklik göstərilərək müvafiq qaydada istiqamətləndirilib.
Bundan əlavə layihə çərçivəsində hazırlanan “Şəhid ailələri, Müharibə veteranları və iştirakçıları üçün hüquqi yardım toplusu” kitabı konsultasiya xidmətində iştirak edənlərə və yerli icra orqanlarının dəstəyi ilə yerlərdə paylanılıb.