Portuqaliyada parlament seçkisi keçirilir
10-mar, 12:40 95 DünyaPortuqaliyada növbədənkənar parlament seçkisi üzrə səsvermə başlayıb.
Ölkə vətəndaşları Respublika Məclisinə (birpalatalı parlament) 230 deputat seçməlidirlər.
Səsvermənin ilkin nəticələrinin gecə saatlarında açıqlanması gözlənilir.
Qeyd edək ki, ilkin olaraq seçki 2026-cı ilə planlaşdırılıb. Bununla belə, 2023-cü ilin noyabrında Portuqaliya Prezidenti Marselo Rebelo de Sousa parlamenti buraxmaq və növbədənkənar seçkilər təyin etmək niyyətində olduğunu açıqlayıb.
Seçki ərəfəsində aparılan sorğular sağ mərkəzçi koalisiyanın Sosialist Partiyasından bir qədər üstün olduğunu və ifrat sağa dəstəyin artdığını göstərib. Lakin ehtimal ki, heç bir siyasi qüvvə hökumətin maneəsiz formalaşdırılması üçün parlamentdə yerlərin mütləq əksəriyyətini əldə edə bilməyəcək.