Roma Papası gəncləri telefondan imtina etməyə çağırıb

“İnsanlarla tanış olmaq üçün gənclər mobil telefonlardan imtina etməlidirlər”.
Bunu Roma Papası Fransisk deyib.
“Qorxmadan axına əks istiqamətdə gedin. Həyatı öz əlinizə alın, özünüzü meydana qoyun, televizoru söndürün, İncili oxuyun, mobil telefonunuzu buraxın və insanlarla tanış olun”, - deyə o bildirib.
Mənbə: Oxu.az