Xərçəng və artrit arasında əlaqə aşkarlanıb
30-apr, 09:41 96 DünyaAlimlər revmatoid artritin bir formasının genetik səbəblərini axtararkən bu xəstəliyə və qan xərçənginə xas olan mutasiyaları aşkar ediblər.
Revmatoid artritin seroneqativ alt növü daha çox yayılmış formalardan fərqlənir ki, onu adi qan testi ilə aşkar etmək mümkün deyil. Bu xəstəliyin səbəblərini axtaran alimlər aşkar ediblər ki, qan xərçəngi (miyelodisplaziya və kəskin miyeloid leykoz) olan bir çox xəstələr seroneqativ artritdən əziyyət çəkirlər.
Təhlillər göstərib ki, qan xərçəngi olan insanlarda tez-tez rast gəlinən IDH1 və IDH2 genlərindəki mutasiyalar da iltihaba səbəb ola bilər. Çox güman ki, artrit simptomlarının inkişafına səbəb olur.
Bu, onu göstərir ki, qan xərçəngi olan xəstələrə adətən təyin olunan dərmanlar da artritin müəyyən formaları üçün təsirli ola bilər.
Mənbə: Oxu.az