“Windows 10”da xəta, hava limanları uçuşları dayandırdı - Fotolar

Dünya üzrə “Windows 10” əməliyyat sistemi ilə işləyən cihazların və sistemlərin işində xəta baş verib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, xəta hava limanları, aviaşirkətlər, bank, mobil operatorların işinə təsir edib. 
Belə ki, xəta səbəbindən “American Airlines”, “United Airlines”, “Delta Airlines” və “Frontier Airlines” kimi nəhəng şirkətlər uçuşların dayandırıldığını açıqlayıb. 
Bununla yanaşı, Türkiyənin “Turkish Airlines” və “SpiceJet” aviaşirkətlərində də biletlərin bron edilməsi ilə bağlı problemlər yaranıb. 
Böyük Britaniyada isə “SkyNews” telekanalı texniki xəta səbəbindən yayımı tamamilə dayandırıb.