Hasardan aşıb Ağ Evə girmək istədi - Bayden iqamətgahda imiş

ABŞ-də polis Ağ Evin hasarını aşmağa cəhd edən şəxsi saxlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “ABC News” məxfi xidmətin mətbuat katibinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, insident səhər saatlarında baş verib. Naməlum şəxs tez bir zamanda saxlanılıb.
Bildirilib ki, həmin vaxt iqamətgahda olan ABŞ prezidenti Co Bayden heç bir təhlükə ilə üzləşməyib.