ELM VƏ TƏHSİL İCTİMAİYYƏTİNƏ AĞIR İTKİ ÜZ VERMİŞDİR


Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tdəris Departamentinin direktor müavini, dosent Ənvər İmanov 24 noyabr 2022-ci il tarixində qəflətən dünyasını dəyişmişdir. Dinimizin və mənəviyyatımızın banisi Hz. Məhəmməd (s.ə.s) müəllimi Tanrı ucalığında görmüş və dəyərləndirmişdir. Əsl müəllim Tanrının ərmağanıdı. Müəllim mənəviyyatımızın yaradıcısıdı. Neçə yaşda olursa-olsun dəyərli müəllimin itkisi cəmiyyətdə böyük boşluq yaradır. Ənvər İmanov belələrindən idi. Əsl pedaqoq, əsl alim, əsl insan, əsl şəxsiyyət. Azərbaycan elminin və pedaqoqikasının inkişafında danılmaz yeri olan pedaqoqlarımızdan biri idi. Görkəmli alim Ənvər İmanovun əziz xatirəsi qarşısında baş əyirik. Xatirələrdə yaşayacaq, unudulmayacaq bir ömür yaşadı Ənvər İmanov. 

Ailəsinə, doğmalarına və bacısı qızı Masazır kənd 2 nömrəli tam orta məktəbin direktoru Mehparə Əhmədovaya bu ağır itkidən kədərləndiyimizi bildirir, dərin hüznlə baş sağlığı veririk. 

Allah rəhmət eləsin.


Hörmətlə, 

Millət Vəkili, akademik Nizami Cəfərov və “Xezertv.info” informasiya agentliyinin kollektivi