Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" proqramı
17-fev, 11:37 165 Gündəm"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
18.02.2023-cü il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-92-ci və 170-176-ci maddələri baradə fikir mübadiləsi aparılacaq.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqrama ekspertlər dəvət etmişik:
1. Vəsilə Möhsümova- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
2. Adil Vəliyev- Hüquq Müdafiəçisi-Təhsil eksperti
3. Xəyalə Quliyeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
4. Pürüzə Əliyeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
Proqramın informasiya dəstəyi “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.