Azərbaycan nefti Ceyhana necə çatdırılır?
17-fev, 12:12 171 GündəmXəzərin sahilində yerləşən Dübəndi Neft Terminalını Bakı şəhərindən, sadəcə, 45 kilometr ayırır...
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinin struktur vahidi olan Dübəndi Neft Terminalı Pirallahı rayonunun Şimali Abşeron limanında, eyniadlı qəsəbənin yaxınlığında yerləşir.
Bu dəfə Oxu.Az-ın əməkdaşları Dübəndi Neft Terminalı ilə tanış olublar.
1969-cu ildə terminalın layihələndirilməsinə başlanılıb. İlkin mərhələsi 1971-ci ildə istismara verilib.
1976-cı ildə terminalın ikinci mərhələsi istifadəyə verilib. Hər iki mərhələ neftin nəqli və tranziti üçün nəzərdə tutulub. Üçüncü mərhələnin istismarı 1986-cı ildə başlayıb ki, bu da neftayırma zavodlarında emala çıxan neft məhsullarının çənlərə toplanaraq gəmiyə yüklənməsi və daşınması olub. Sonralar müxtəlif vaxtlarda terminalın ərazisində modernləşdirmə və genişləndirmə işləri aparılıb.
Dübəndi Neft Terminalının rəisi Elxan Məmmədov deyir ki, terminalın əsas iş prinsipi dənizdə hasil olunan neftin, eləcə də tranzit neft və neft məhsullarının qəbul edilməsindən ibarətdir.
Burada neft yük xətləri vasitəsilə sahildə yerləşən çənlərə ötürülür, ölçü işləri aparılır və plan üzrə nəql əməliyyatları həyata keçirilir. Dübəndi terminalının faktiki gücü il ərzində böyük həcmdə neft və neft məhsullarının qəbulu və nəqlinə imkan verir.
Dübəndi Neft Terminalı “Neft Daşları”, “Abşeronneft” və “28 May” Neft və Qazçıxarma İdarələrindən qəbul olunan xam nefti 500 mm diametrli Dübəndi-Böyük Şor-Sumqayıt kəməri vasitəsilə Bakı-Novorossiysk və Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərlərinə nəql edir. Dübəndi-Böyük Şor-Sumqayıt kəmərinin layihə gücü ildə yeddi milyon ton neftin nəqlinə imkan verir.
Bundan başqa, terminaldan 1976-cı ildə istismara verilən, layihə gücü illik 9 milyon ton məhsulu nəql etməyə qadir olan 700 mm diametrli Dübəndi-Böyük Şor, eləcə də 1984-cü ildə istismara verilən, layihə gücü iki milyon ton/il olan 300 mm diametrli Dübəndi-Suraxanı-Böyük Şor kəmərləri vasitəsi ilə neft Heydər Əliyev adına neft emalı zavoduna (NEZ) nəql olunur.
Dübəndi Neft Terminalının ümumi sahəsi 106,31 hektardır.
Elxan Məmmədovun sözlərinə görə, bir ay ərzində terminala təxminən 25-30 gəmi daxil olur.
Neftlərin çeşidlərinə uyğun olaraq nəqli tənzimlənir. Burada əsas iş prinsipi dənizlə gətirilən tranzit neftin də Dübəndi terminalında qəbul edilərək aidiyyəti üzrə nəqlə göndərilməsidir. Belə ki, qəbul edilən tranzit neft limanda yerləşən iki gəmi yanalma körpüsündən istifadə edilməklə Dübəndi dəmir yolu vasitəsi ilə Gürcüstanın Kulevi limanına nəql olunur.
Bütün əməliyyatların həyata keçirilməsi üçün Dübəndi Neft Terminalında müxtəlif tutumlu əmtəə neft çənlərindən, nasos aqreqatlarından ibarət üç magistral nasos stansiyasından, həmçinin müxtəlif diametrli daxili texnoloji neft kəmərlərindən istifadə olunur.
Daha sonra nasoslar yerləşən anbara baş çəkdik.
Burada sahildə yerləşən çənlərə ötürülən neftin nasoslar vasitəsilə həcmə uyğun nəqli tənzimlənir. Terminalda dörd nasosxana var ki, hamısı işlək vəziyyətdədir:
Saatda 300, 700, 800 kubmetr nefti nasoslar vasitəsilə istiqamətləndirmək olur. Neftin qəbulu, saxlanması və nəqli üzrə fəaliyyət göstərən obyekt, qurğu və avadanlıqların əsaslı təmiri, yenidənqurma işlərinin yerinə yetirilməsi, texnoloji iş rejiminə ciddi riayət edilməklə neftin nəqlinin təmin edilməsi Dübəndi Neft Terminalının fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.
Götürülmüş bütün neft çıxış xətlərinə qoşulur və nəqli davam etdirilir, buradan 61 kilometrlikdə olan Böyük Şora çatdırılır, sonra Sumqayıt və nəhayət, Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorossiyskə yola salınır...
Şəkillər PhotoStock.az-a məxsusdur.
İlhamə Əbülfət